BANK

15 Sentyabr

Tədiyə balansının ehtiyat aktivləri 5 milyard dollara yaxınlaşıb

2022-ci ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 4.6 mlrd. dollar artıb.

"Fins.az" Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə xalis maliyyə öhdəlikləri isə 754.3 mln.$ azalıb. 

2022-ci ilin 6 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Məlumata görə, cari əməliyyatlar balansında 10,3 milyard dollarlıq profisit (2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard dollar olmuşdur), kapital və maliyyənin hərəkəti hesabında isə 5.3 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 4.6 milyard artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 101dollar/barel2 olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşıb.

Müəllif: Aynur Qəniyeva