BANK

15 Sentyabr

Azərbaycan xalis maliyyə aktivlərini 3 milyard dollardan çox artırıb

Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 3 376,3 milyon ABŞ dolları artırıb.

"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 62,8 milyon ABŞ dolları artması (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə az), portfel investisiyalarının 280,5 milyon dollar artması (10 % çox), digər investisiyaların isə 3 033,0 milyon dollar artması (11,8 dəfə çox) təmin edib.