BANK

15 Sentyabr

Azərbaycanın cari əməliyyatlar balansında 10 milyard dollardan çox profisit

2022-ci ilin 6 ayı üzrə tədiyə balansının əsas göstəriciləri açıqlanıb.

"Fins.az" Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balansının ehtiyat aktivləri 4 milyard 633.5 milyon dollar təşkil edib. 

2022-ci ilin 6 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Cari əməliyyatlar balansında 10,3 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5.3 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 4.6 milyard artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 101dollar/barel2 olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdır.

Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.