BANK

14 Sentyabr

Taleh Kazımov: Hər şeydən əvvəl  biz maliyyə sektorunda maliyyə sağlamlığını təmin etməliyik

Hər şeydən əvvəl maliyyə sənayesinin inkişafı məqsədilə biz maliyyə sektorunda maliyyə sağlamlığını təmin etməliyik.

"Fins.az"xəbər verir ki,  bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

O bildirib ki, bu baxımdan biz maliyyə təhlükəsizliyi şəbəkəsinin qurulması istiqamətində işlərimizi tamamlamağı planlaşdırırıq. Bu o deməkdir ki,biz prudensial tələblər və nəzarət baxımından beynəlxalq standartlara uyğunlaşdırılma işini davam etdirməyi və tamamlamağı planlaşdırırıq.

Taleh Kazımov sektorda tətbiq edilən tələblər barədə də məlumat verərək "Bank sektorunda Basel2 və Base3 tələbləri müxtəlif dərəcələrə tətbiq edilməkdədir.Biz bizim sektorda həyata keçirilməsi mümkün olan beynəlxalq tövsiyələrin tətbiqi və dərinləşdirilməsi istiqamətində işlərimizi davam etdirməyi planlaşdırırıq,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva