Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri ilə görüşüb.
"Fins.az" xəbər verir ki, bu batədə Taleh Kazımov rəsmi tvitter hesabında məlumat verib.
O görüş barədə məlumat verərək "Bu gün AYİB prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq."-deyə qeyd edib.

Bu gün AYİB (@EBRD) prezidenti xanım Odil Reno-Bassonun (@OdileRenaud) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə #AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. pic.twitter.com/pIi1lSXV4s
— Taleh Kazimov (@TalehKazimov_T) September 13, 2022