BANK

13 Sentyabr

Çindən banklara fiskal risk xəbərdarlığı

Çin səlahiyyətliləri banklara və şirkətlərə ölkənin ən böyük özəl konqlomeratlarından biri olan Fosun üçün maliyyə risklərini diqqətlə yoxlamaları barədə xəbərdarlıq edib.
"Fins.az" xəbər verir ki,məsələ ilə tanış olan mənbələr Bloomberg-ə bildiriblər ki, Çin rəsmiləri ölkənin ən böyük banklarına və dövlət firmalarına ölkənin ən böyük qeyri-dövlət konqlomeratlarından biri olan Fosun-a qarşı maliyyə risklərinə nəzarət etməyə başlamağı tövsiyə edib.

Mənbələr bildiriblər ki, Çinin bank nəzarət şurası və dövlət investisiyalarına nəzarət edən Pekində yerləşən komissiya da daxil olmaqla bir sıra qurumlar Fosuna maliyyə riski olan təşkilatlara risklərini diqqətlə araşdırmağı tapşırıblar.

Fosun nümayəndəsi isə Bloomberg-ə bildirib ki, səlahiyyətlilərdən belə bir məsələ ilə bağlı  heç bir xəbərdarlıq almayıb.

Pekin dövlət aktivlərinin tənzimləyicisinə edilən sonrakı sorğuda nümayəndə qrupun əməliyyatlarının sağlam və davamlı olduğunu əlavə edərək, təcrübənin adi araşdırmanın bir hissəsi olduğunu və digər şirkətlərə də edildiyini qeyd etdi.