BANK

13 Sentyabr

Azərbaycan və AİB 2024-2028-ci illəri əhatə edəcək tərəfdaşlıq strategiyasını müzakirə edib

Sentyabrın 12-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, tərəflər Azərbaycan ilə AİB arasında 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasını müzakirə ediblər.

Maliyyə Nazirliyindən “Fins.az"-a bildirilib ki, strategiyanın 2023-cü ildə hazırlanması planlaşdırılır.

Görüş zamanı birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, xüsusilə, AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.

“Ş.Çen ölkəmizdə dövlət sektorunun səmərəliliyinin artırılması, özəl sektorun inkişafının gücləndirilməsi, nəqliyyat və irriqasiya infrastrukturuna sərmayə yatırmaqla qeyri-karbohidrogen sektorlarının şaxələndirilməsi və şaxələndirilmiş iqtisadiyyatın tələblərini ödəmək üçün insan kapitalının gücləndirilməsi istiqamətində AİB-in etibarlı tərəfdaş olduğunu vurğulayaraq AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib”, - deyə məlumatda qeyd olunur.*