"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb
Bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının avqust sayında bildirilib.
"Fitch Solutions" real ÜDM-in artım proqnozunu 3,48%-dən (iyun göstəricisi) 5,12%-ə kimi artırıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3,85% olacaq.
(c) APA-Economics