Samir İsgəndərov 2013-cü ildə Embafinansda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. 2015-ci ildən etibarən Embafinansda İdarə heyətinin sədri vəzifəsində çalışan Samir İsgəndərov, 09.09.2022-ci il tarixindən “Optimal Finance” BOKT MMC-yə Müşahidə şurasının sədri, “Optimal Elektronika” MMC-yə Direktorun müşaviri və “Stentor” MMC-yə Direktorun müşaviri vəzifəsinə təyin olunur.
Samir İsgəndərov İH-nin Sədri vəzifəsində çalışdığı zaman cəmiyyət böyük uğurlara imza atıb. Azərbaycan ən geniş xidmət şəbəkəsi ilə, maliyyə göstəriciləri və sosial yönümlü fəaliyyəti ilə BOKT Embafinans QSC maliyyə bazarında öz sözünü deməyə nail olub.
Embafinans ailəsi öz növbəsində Samir İsgəndərova gələcək iş həyatında uğurlar arzu edir
Samir İsgəndərov Embafinansdan ayrılmasından sonra Ümumi Yığıncağın qərarı ilə İdarə heyətinin sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib.