9 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Fins.az" xəbər verir ki, birjanın yayadığı məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmələrin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmələr üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.