BANK

09 Sentyabr

Azərbaycanda 7 BOKT-un nizamnamə kapitalı artıb

Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından 7-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

Bunlar “Prior Credit”, “PSG Finans”, “Kəpəz”, “Birkart”, “International”, “Azmikroinvest” və “İDK”dır. Ən yüksək dinamika “Prior Credit”də (10 dəfə), ən aşağı dinamika isə “İDK”da (3,1%) qeydə alınıb.

35 BOKT-un – “Aqrarkredit”, “Asel Kredit”, “Aset Maliyyə Texnologiyaları”, “Avrasiya-Kredit”, “Azərbaycan Mikro-Kredit”, “Azinvestkredit”, “Azkredit”, “Brand Credit”, “City Finance”, “Effektinvest”, “Embafinans”, “Falcon Finance”, “Finex Kredit”, “FİNKA Azərbaycan”, “Finoko”, “İcraçı Kredit Agentliyi”, “İdeal Kredit”, “İnkişaf üçün maliyyə”, “Kredaqro”, “Kredex”, “Kredit Servis”, “M Bulak”, “MCB”, “Merkuri”, “MJ Financial Servies”, “Optimal Finance”, “Para”, “Premier Kredit”, “Qafqaz-Kredit”, “Regional”, “TBC Kredit”, “TCF”, “Union Kredit”, “Viator Mikro-Kredit Azərbaycan” və “Viza Kredit”in nizamnamə kapitalı dəyişməyib.

1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” nizamnamə kapitalının dinamikasını açıqlamayıb.

5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil

Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb. 

Bunlar “Para” (29,266 milyon manat), “Aqrarkredit” (22,669 milyon manat), “M Bulak” (10,408 milyon manat), “Embafinans” (10 milyon manat) və “PSG-Finans” (10 milyon manat) BOKT-lardır.

Qalan 51 BOKT-dan 15-nin nizamnamə kapitalı 1-10 milyon manat arasında, 25 BOKT-un nizamnamə kapitalı  isə 1 milyon manatdan azdır.

1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 10 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” nizamnamə kapitalının məbləğini açıqlamayıb. 

© “Renkinq”