Rusiya Mərkəzi Bankı, fiziki şəxslər üçün nağd xarici valyutanın çıxarılmasına qoyulan məhdudiyyəti (limiti) daha 6 ay - 2023-cü il martın 9-dək uzadıb.
Valyuta hesabından və ya əmanət hesabından 10 000 dollar və ya avro ilə eyni məbləğdən çox nağd xarici valyutanın çıxarılmasına məhdudiyyət bu il sentyabrın 9-dək qüvvədə olmalı idi.
Həmçinin, 2023-cü il martın 9-dək xarici valyutanın alışına qoyulan məhdudiyyətlər qüvvədə qalacaq: banklar vətəndaşlara yalnız 2022-ci il aprelin 9-dan sonra kassadan alınan avro və ABŞ dollarını sata bilər.
Martın əvvəlində Qərbin sanksiyaları və maliyyə bazarındakı volatillik fonunda Rusiya Federasiyasının Mərkəzi Bankı ölkədə nağd pul dövriyyəsini məhdudlaşdırıb.
Həmçinin, Rusiya Bankının Direktorlar Şurası bankların fiziki şəxslərə depozitlərdən və ya hesablardan valyuta verərkən onlardan komissiya almalarına qoyulan qadağanın müddətini 2023-cü il martın 9-dək uzadıb.