BANK

08 Sentyabr

Avropa Mərkəzi Bankından tarixi faiz artımı

Avropa Mərkəzi Bankı qlobal bazarlara yönəlmiş faiz qərarını açıqlayıb.
"Fins.az" xəvər verir ki, Avropa Mərkəzi Bankı artan inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini aqressiv şəkildə artırıb.

Bank əsas yenidən maliyyələşdirmə dərəcəsini, marjinal kreditləşdirmə imkanını və depozit faizlərini hər birini 75 baza bəndi artırıb. Artırma qərarı ilə əsas yenidən maliyyələşdirmə dərəcəsi 1,25%; Marjinal kreditləşmə imkanı 1,50%-ə, depozit dərəcəsi isə 0,75%-ə yüksəldilib.