BANK

08 Sentyabr

"Unibank"ın səhdarlarından biri kapitaldakı payını artırdı

Quliyev Emin Natiq oğlu “Unibank”Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin yeni buraxdığı səhmlərdən 15 min 716 ədədini alıb. 

 "Fins.az" xəbər verir ki, əqdin məbləği 42 min 747,52 manatdır (hər birinin nominal qiyməti 2,72 manat olan 15 min 716  ədəd adi, sənədsiz, adlı səhm)

Əqdin bağlanmasından sonra Quliyev Emin Natiq oğlu 188 min 308 ədəd adi sənədsiz adlı səhm ilə "Unibank"ın nizamnamə kapitalında 0,3592% paya malikdir.

30 İyun 2022-ci il tarixində “Unibank”Kommersiya Bankı” ASC-nin nizamnamə kapital 9 fiziki və 1 hüquqi şəxsə, o cümlədən 86,69%-i Eldar Qəribova, 7,3096%-i "Canley Finance" (Lüksemburq) təşkilatına aid idi. 

11 avqust 2022-ci il tarixində səhm emissiyası yekunları haqqında hesabat Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb. Nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manata yüksəlib.