Yaponiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Maliyyə Xidmətləri Agentliyi beynəlxalq bazarlardakı prosesləri qiymətləndirmək üçün toplantı keçirəcək.
"Fins.az" xəbər verir ki, Yaponiyada yen dollar qarşısında son 24 ilin ən aşağı səviyyəsinə enməsi ilə əlaqədar rəsmilər hərəkətə keçib.
Yen dollar qarşısında son 24 ilin minimum səviyyəsinə endikdən sonra Maliyyə Nazirliyi, Yaponiya Bankı və Maliyyə Xidmətləri Agentliyinin rəsmiləri ilə görüş keçiriləcək.
Belə ki, bu üç qurumun rəsmiləri iyun ayından sonra ilk dəfə görüş keçirəcəklər.
Yaponiyanın yeni hökumətinin güclü mesajlarına və Yaponiya Bankının (BOJ) açıqlamalarına baxmayaraq, dollar qarşısında tarixi aşağı səviyyələrini davam etdirir.