BANK

08 Sentyabr

Kanada Bankı uçot dərəcəsini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb

Kanada Bankı overnayt dərəcəsini 75 baza bəndi artıraraq 3,25 faizə qaldırıb ki, bu da 2008-ci ilin aprelindən bəri ən yüksək səviyyədir.
"Fins.az" xəbər verir ki, bankdan verilən açıqlamada pul sərtləşdirmə siyasətinin davam etdirildiyi bildirilib.

Açıqlamada overnayt faiz dərəcəsinin 75 baza bəndi artırılaraq 2,5 faizdən 3,25 faizə qaldırıldığı qeyd edilib. Beləliklə, Kanadada faiz dərəcəsi son 14 ilin ən yüksək səviyyəsinə çatıb.

Kovid-19 epidemiyasının təsirləri, davam edən tədarük kəsimləri və Ukraynada müharibənin böyüməni azaltmağa və qiymətləri artırmağa davam etdiyinə diqqət çəkilərək, qlobal inflyasiyanın yüksək olaraq qaldığı vurğulanıb.

Açıqlamada, dünya üzrə mərkəzi bankların pul siyasətini sərtləşdirməyə davam etdiyi, ABŞ-da iqtisadi fəaliyyətin sıx əmək bazarına baxmayaraq mülayim olduğu, Çinin isə Kovid-19 dayandırmalarından irəli gələn davamlı çətinliklərlə üzləşdiyi bildirilib.