BANK

08 Sentyabr

Dünya Bankından iqlim dəyişikliyi üçün rekord məbləğdə vəsait ayırdı

Dünya Bankı Qrupu ölkələrə iqlim dəyişikliyinin həllinə kömək etmək üçün 2022-ci maliyyə ilində rekord 31,7 milyard dollar ayırıb.
"Fins.az" xəbər verir ki, Bankdan verilən açıqlamada qeyd olunub ki, qrup ölkələrə istixana qazları tullantılarını azaltmağa və iqlim dəyişikliyinin artan təsirlərinə uyğunlaşmağa kömək etməyə yönəlib.

Açıqlamada, Dünya Bankı Qrupunun 2021-ci il iyulun 1-də başlayan və iyunun 30-da başa çatan 2022-ci maliyyə ilində iqlim dəyişikliyi ilə mübarizədə ölkələrə kömək etmək üçün rekord məbləğdə 31,7 milyard dollar maliyyə ayırdığı bildirilib.

İqlim maliyyəsinə ayrılan resursun 2021-ci maliyyə ilində 26,6 milyard dollar olduğu xatırladaraq, 2022-ci maliyyə ilində əvvəlki maliyyə ilinə görə yüzdə 19 artım olduğu ifadə edilib. 

Müəllif:Aynur Qəniyeva