Deutsche Bank AG-nin baş direktoru Kristian Sevinq Avropadakı qaz böhranının yaratdığı iqtisadi risklərə diqqət çəkərək, Almaniyanın artan enerji qiymətlərinin kölgəsi altında tənəzzülə doğru getdiyini bildirib.
"Fins.az" xəbər verir ki, Frankfurtda keçirilən Handelsblatt qəzetinin tədbirində çıxış edən Deutsche Bank AG-nin baş direktoru Kristian Sevinq enerji qiymətlərinin bir müddət yüksək qalacağını və yüksək qiymətlərin Almaniya iqtisadiyyatı üçün təhlükə yaratdığını bildirib. "Yüksək qiymətlər və tədarük çatışmazlığı o deməkdir ki, biz Almaniyada tənəzzülün qarşısını ala bilməyəcəyik" deyə bildirib Sewing.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan enerji böhranı, “Qazprom”un “Şimal axını 1”i qeyri-müəyyən müddətə bağlaması ilə yeni miqyas alıb.
Avropa İttifaqı enerji böhranının iqtisadi çöküşə çevrilməməsi üçün bir çox tədbirləri nəzərdən keçirir. Aİ-nin energetika nazirləri cümə günü Brüsseldə görüşəcəklər.