BANK

07 Sentyabr

Çindən zəif yuanla bağlı narahatlıq

Çin Xalq Bankı valyutanın zəifləməsi ilə bağlı narahatlığını vurğulayaraq, yuanın dəyərini gözləntilərdən daha yüksək qiyməti müəyyən edib.
"Fins.az" xəbər verir ki, Çin Xalq Bankı (PBOC) dollar/yuan məzənnəsinin yüksəlişini davam etdirdikdən sonra bu səhər yuanın dəyərini Bloomberg-in orta proqnozundan 454 baza bəndi yüksək olaraq təyin edib.

Bu, Çin administrasiyasının öz valyutasının ucuzlaşması ilə bağlı narazılığının ən güclü mesajını verib. 

Beləliklə, bank yuanı ardıcıl 11 gün ərzində gözləntilərdən yüksək səviyyədə sabitləyib.

PBOC bazar ertəsi günü elan etdi ki, yuanı dəstəkləmək üçün 15 sentyabrdan etibarən valyuta ehtiyatı tələbi nisbətini 200 baza bəndi azaldacaq.