BANK

07 Sentyabr

Fitch-dən Avrozonaya tənəzzül xəbərdarlığı

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings bildirib ki, “Şimal axını” boru kəməri ilə qaz nəqlinin tam dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırır.
"Fins.az" xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada “Şimal axını” boru kəmərinin tamamilə bağlanmasının 2023-cü ildə Avro Bölgəsinin Ümumi Daxili Məhsulunun (ÜDM) agentliyin verdiyi proqnozlarla müqayisədə 1,5-2 bənd azalmasına səbəb olacağı proqnozlaşdırılır.

Fitch iyun ayı proqnozlarında Avro Bölgəsi iqtisadiyyatının bu il 2,6 faiz, 2023-cü ildə isə 2,1 faiz böyüməsinin gözləndiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, “Şimal axını” kəməri ilə qaz nəqlinin tam dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırıb.

Açıqlamada, Rusiya qazının dayandırılmasının təsirlərinin Avropa Birliyi (AB) ölkələri arasında fərqli olacağı ifadə edilərək, Almaniya kimi Şimal Axını boru kəmərindən çox asılı olan və şaxələndirmə variantlarının aşağı olduğu bildirilib. onların qaz ehtiyatları məhdud manevr imkanlarına malikdir.

Müəllif: Aynur Qəniyeva