Bu il iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fondunun dəyəri 223,056 milyon manat yəşkil edib.
Fins.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 21,8% çoxdur.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.