BANK

06 Sentyabr

İpoteka və Kredit Zəmanət Fondunun faiz subsidiyaları öhdəliyi 5 dəfə artıb

Bu il iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) faiz subsidiyaları öhdəliyi 61,725 milyon manat təşkil edib.

Fins.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5,1 dəfə çoxdur.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.