BANK

06 Sentyabr

Mərkəzi Bankın valyuta ehtiyatları 6,1% artıb

2022-ci il avqustun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 503,6 milyon təşkil edir.

“Fins.az" xəbər verir ki, 2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 6,1% artıb.Avqust ayında AMB-nin valyuta ehtiyatları 1,3% və ya $96,4 milyon artıb.

2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.