Yuanı dəstəkləmək üçün Çin xarici valyutada depozitlər üzrə ehtiyat nisbətini aşağı salıb.
"Fins.az" xəbər verir ki,yeni qaydaya əsasən, sentyabrın 15-dən xarici valyutada olan əmanətlərin 6 faizi ehtiyat kimi saxlanıla bilər.
Çin valyutası yuanı son iki ilin ən aşağı səviyyəsinə çatdıqdan sonra bu il ikinci dəfədir ki, bankların ehtiyat kimi ayırmalı olduğu xarici valyutada depozitlərin miqdarını azaldıb.
Yeni qaydaya əsasən, maliyyə qurumları sentyabrın 15-dən etibarən xarici valyutada olan depozitlərinin 6 %-ini ehtiyat kimi saxlaya biləcəklər. Əvvəlki nisbət 8% idi. Çin Xalq Bankı bu addımı ilə valyuta təklifini artırmağı və yuan almağı cəlbedici etməyi hədəfləyir. Çin Xalq Bankı bəyan edib ki, dəyişiklik maliyyə qurumlarının valyuta vəsaitlərindən istifadə imkanlarını da artıracaq.
ABŞ-ın monetar sərtləşdirməsi və Avropanın enerji böhranı dolları gücləndirdiyi üçün yuan zəifləyib. Çin Xalq Bankının gözləniləndən daha güclü valyuta bağlaması yuanı dəstəkləsə də, Goldman Sachs da daxil olmaqla banklar dollar/yuan məzənnəsinin 7-dən yuxarı qalxacağını gözləyirlər.
Müəllif:Aynur Qəniyeva