Enerji böhranı avroya təzyiqini artırmağa davam edir. Yeni həftənin ilk əməliyyatlarında avro dollar qarşısında ilk dəfə 0,99-dan aşağı düşüb.
"Fins.az" xəbər verir ki,avro son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
Avropadakı enerji böhranı qitənin ümumi valyutasını son 20 ilin ən aşağı səviyyəsinə endirib. Avro/Dollar pariteti 0,99 səviyyəsindən aşağı sınaqdan keçdi və 2002-ci ildən bəri ən aşağı səviyyəsinə enib.
Qiymətlərin paritetdən yuxarı olması ilə bağlı əsas müəyyənedici amil son vaxtlar daha da kəskinləşən enerji böhranı olub. Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
“Qazprom”dan verilən yazılı açıqlamada avqustun 31-də təmirə götürülən və sabah yenidən işə salınması gözlənilən “Şimal axını”nda turbində nasazlıqların aşkarlandığı bildirilib.