Goldman Sachs iqtisadçıları Türkiyə üçün 2022-ci il üçün artım proqnozunu 3,5%-dən 5,5%-ə, cari kəsir proqnozunu isə 36 milyard dollardan 45 milyard dollara qaldırıb.
"Fins.az" xəbər verir ki,Goldman Sachs Türkiyə üçün 2022-ci il üçün artım proqnozunu 3,5 faizdən 5,5 faizə yüksəldib.
İqtisadçılar, 22 iyuldan sonrakı üç həftə ərzində Türkiyənin valyuta ehtiyatlarının artmasına diqqəti cəlb edərək və bu artımda təxminən 15 milyard dollarlıq xarici daxilolmanın təsirli olduğunu hesablayıblar.