Mərkəzi Bankın İdarə Heyətinin qərarları ilə 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb.
"Fins.az" xəbər verir ki,bununla əlaqədar olaraq, Mərkəzi Bank yenilənmiş Pul siyasətinin əməliyyat çərçivəsinə dair izahedici sənədini öz rəsmi İnternet səhifəsində dərc edib.
Məlumata görə,sənəddə lüğət yer alıb, pul siyasətinin məqsədi və hədəfləri, pul siyasəti qərarlarının verilməsi, faiz dəhlizi və onun parametrləri, pul siyasəti alətləri və s. barədə geniş izahedici məlumatlar yer alıb.
Sənəd ilə buradan tanış ola bilərsiniz.