BANK

25 Avqust

Valyuta hərracında bankların tələbi 66 mln. dolları keçib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 66,1 mln.ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 35,2% artıb. Ötən hərracda tələb 48,9 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.