Unibank məhsul və xidmətlərində davamlı texnoloji yeniliklər tətbiq etməklə, ölkənin ən innovativ bankları siyahısındadır. Daim müştərilərinin istəklərini reallaşdıran bank, daha bir təmassız ödəniş imkanını kart istifadəçilərinə təqdim edib. Android telefonları, planşetləri və ya saatları ilə ödənişlər etməyə imkan verən "Google Pay™" xidməti artıq “Unibank”da! Elə indi UCard və Leo kartlarını UBank-da "Google Wallet™"a əlavə edərək, sürətli, təmassız və təhlükəsiz ödənişlər edə bilərsiniz. "Google Pay™" istifadəçiləri ödəniş kartını başqasına vermədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən, ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi innovativ texnologiyalarla təmin olunur.
"Google Pay™" vasitəsilə ödəniş etmək hansı üstünlükləri qazandırır?
- Üzərinizdə nağd pul və bank kartı daşımağa ehtiyac qalmır;
- Təhlükəsizdir;
- Ödəniş prosesi çox asandır;
- Sürətlidir;
- Daha çox keşbek qazandırır.
Ödənişi həyata keçirmək üçün sadəcə Android telefonları, planşetləri və ya saatlarını ödəniş terminalına yaxınlaşdırmaq kifayətdir. "Google Pay™" vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur. "Google Pay™" ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Eyni zamanda "Google Pay™" vasitəsilə Android əməliyyat sistemində çalışan smartfonlar, smart saatlar və noubuklarda yüklənmiş tətbiqlərdə rahat və sürətli alış-veriş etmək də mümkündür, çünki artıq qeydiyyatdan keçməyə ehtiyac qalmır.
Təhlükəsizlik və məxfilik "Google Pay™"də təmin olunur. Siz kredit və ya debet kartınızı "Google Pay™"ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Google serverlərində saxlanılmır.
"Google Pay™"ə kartları əlavə etmək çox asandır. Sadəcə cihazınızda "Google Wallet™" (“pul kisəsi”) tətbiqinə daxil olub oradakı təlimatlara əsasən UCard və ya Leo kartınızı əlavə etmək kifayətdir. Kart cihaza əlavə olunan andan müştəri həmin cihazda "Google Pay™"dən istifadə edə bilər.
Unibank- Sənin Bankın!