BANK

22 Avqust

Azərbaycanda son bir ayda 12 bank filialı bağlanıb

Bu ilin 31 iyul tarixindən Azərbaycanda bank filiallarının son 1 ayda sayı 492-dən 480-ə enib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu dövrdə bank şöbələrinin sayı isə 96-dan 95-ə enib.

Məlumata görə, ATM-lərin sayı isə 0,3% artaraq 2944 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9% (203 nəfər) artaraq 21 729 nəfər təşkil edib. Ümumilikdə isə, cari ilin 7 ayında bank sektorunun işçi sayı 6.9% və ya 1400 nəfər (iyul ayında 203 nəfər artım) artıb.

© apa