İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu ilin I yarısında 235,3 milyon manat kredit verilib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,2% artaraq 193,6 milyon manata çatıb.
Ötən 7 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8% çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2 dəfə artaraq 71,4 milyon manata çatıb.