BANK

22 Avqust

Azərbaycanda problemli kreditlər 29% azalıb

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 662,3 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,2% çoxdur.

Bununla belə, ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 29,35 % azalıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 %, ötən il iyulun sonuna isə 6,1 % olub.