BANK

16 Avqust

Mərkəzi Bank: Valyuta hərracında tələb 41,4 milyon ABŞ dolları təşkil edib

Avqustun 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan mbildirilib ki, hərracda tələb 41,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.