Argentina Mərkəzi Bankı son 20 ilin ən yüksək səviyyəsinə - 71 faizə yüksələn spiral inflyasiyanı cilovlamaq üçün mübarizə apararkən baza faiz dərəcəsini 950 əsas bənd artırıb.
"Fins.az"xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) faiz dərəcələrini 950 baza bəndi artırıb. BCRA-nın verdiyi açıqlamaya görə, bu ilin 8-ci artımı ilə Leliq faiz dərəcəsi 60,00 faizdən 69,50 %-ə yüksəldilib.
Faiz qərarının açıqlanmasından təxminən bir saat sonra inflyasiyanın illik 71,00 faizə yüksəldiyi açıqlanıb. Analitiklər Argentinada bu il inflyasiyanın 80 faizi keçə biləcəyini qiymətləndirirlər.
BCRA, fiziki şəxslər üçün 10 milyon pesoya qədər 30 günlük əmanətlər üçün yeni mərtəbəni 69,50 faiz olaraq təyin etdi. Özəl sektorun qalan əmanətləri üzrə faiz dərəcəsi 61,00 faiz təşkil edəcək.
BCRA davam edən pul siyasətinin normallaşdırılması prosesi çərçivəsində siyasət dərəcəsinə düzəlişləri davam etdirəcəyini və ümumi qiymət səviyyəsinin keçmiş və gələcək inkişafına, Valyuta bazarının dinamikasına xüsusi diqqət yetirəcəyini bildirib.