BANK

11 Avqust

Türkiyə Mərkəzi Bankının ehtiyatlarında son bir ilin ən sürətli artımı

Türkiyə Respublikası Mərkəzi Bankının ümumi ehtiyatları ötən həftə 7,4 milyard dollar artıb.

"Fins.az" xəbər verir ki, bu göstəriciyə əsasən 2021-ci ilin avqust ayından bəri həftəlik olaraq ehtiyatlarda ən sürətli artım müşahidə edilib.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatlarında artım ötən həftə də davam edib.

TCMB məlumatlarına görə, ümumi ehtiyatlar 5 avqust həftəsində 7,4 milyard dollar artaraq 108,6 milyard dollara çatıb. Ehtiyatlardakı bu artım 2021-ci ilin avqustundan bəri ən yüksək artım olaraq qeydə alınıb.

Ehtiyatlar baxımından da təqib edilən valyuta ilə qorunan əmanətlər eyni dövrdə 1,17 trilyon TLə yüksəlib.

Xəzinə və maliyyə naziri Nurəddin keçən həftə çərşənbə günü qatıldığı verilişdə ehtiyatların artdığını bildirib.

Nazir Nebati Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatlarının xarici investisiyalar hesabına gücləndirildiyinə diqqət çəkib. “Birbaşa investisiyalar gəlir. Hazırda daxilolmalar var” deyən Nebati TCMB-nin hər cümə axşamı açıqladığı məlumatlara işarə edərək, “TCMB-nin açıqlayacağı ehtiyatların məbləğinə baxın. Gələn həftə də baxın. Ümid edirəm ki, bu iş başlayıb və davam edəcək”.