Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti HSBC avqust ayındakı hesabatında Dollar/ Türk Lirəsi üzrə ilin sonu proqnozunu açıqlayıb.
"Fins.az" xəbər verir ki, bank 2022-ci ilin sonunda 1 dolların 20 Türk Lirəsinə yaxınlaşacağını proqnozlaşdırır.
Hesabatda bank, son aylarda artan inflyasiya ilə real faiz dərəcələrinin daha da pisləşdiyini və cari hesab kəsiri artdıqca TL-nin dəyər itirdiyini qeyd edib.