Tayland Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 0,75 faizə çatdırıb.
"Fins.az" xəbər verir ki, iqtisadçıların median proqnozu da 25 baza bəndi yüksək olub.
Faiz sonuncu dəfə 2018-ci ilin dekabrında qaldırılıb.Mərkəzi Bankın sədri Sethaput Suthiwartnarueput və maliyyə naziri Arkhom Termpittayapaisith, artıma zərər vermədən faiz dərəcələrinin mərhələli şəkildə artırılmasının kifayət olduğunu bildirdi.
Filippindən Hindistana kimi Asiyanın bəzi digər ölkələri də FED-in sərtləşdirməsi səbəbindən bu il faiz dərəcələrini 100 baza bəndindən çox artırıb.Tayland hökuməti Mərkəzi Bankın gözləntilərinə uyğun olaraq bu il artımın 3,3 faiz olacağını gözləyir.
Ötən ay ölkədə baş verən inflyasiya 7,61 faiz təşkil edib ki, bu da bankın 1-3 faizlik hədəfindən xeyli yüksək olub.Bu dövrdə baza inflyasiya da 3 faiz artıb. Bir əvvəlki aya görə artım 2,51% olmuşdu.
Müəllif:Aynur Qəniyeva