BANK

09 Avqust

Macarıstanda inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə çatıb

Macarıstanda ərzaq xərclərinin artması səbəbindən inflyasiya 1998-ci ildən bəri ən yüksək həddə çatıb.
"Fins.az" xəbər verir  ki, Avropa İttifaqında ən yüksək faiz artımına malik Macarıstanda inflyasiya artmağa davam edib. İyulda ölkədə istehlak qiymətləri indeksi (İQİ) illik müqayisədə 13,7 faiz artaraq  bütün proqnozları üstələyib.
Dəyişkən əmtəə qiymətlərini nəzərə almayan əsas inflyasiya da 16,7 faizə yüksəldi ki, bu da inflyasiya təzyiqlərinin bütün ölkəyə yayıldığını göstərir.

Siyasətçilər bu il siyasət faizini 800 əsas bənddən çox artırıblar. Macarıstan forinti bu il Ukraynadakı müharibənin təsiri ilə avroya nisbətdə 8 faizdən çox ucuzlaşaraq onu inkişaf etməkdə olan bazar valyutaları arasında 3-cü ən pis nəticə göstərən valyutaya çevirib.

Budapeştdəki Intesa Sampaolo COB Bankının iqtisadçısı Mariann Trippon: Mərkəzi Bankın faiz dərəcələrini artırmaqda qətiyyətlə davam etməkdən başqa seçimi yoxdur.Hazırda 10,75% olan siyasət faizi ilin sonunda 13 %-ə yüksələ bilər.

Saytın xəritəsi