Banklar I rübdə milli valyutada uzunmüddətli kreditlərə tələbin artmasını, qısamüddətli kreditlərə tələbin sabit qalmasını, xarici valyutada kreditlərə isə tələbin azalmasını bildirib.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, II rüb üzrə gözləntilərdə sektor milli valyutada həm uzun, həm qısamüddətli kreditlərə tələbin artacağını, xarici valyutada kreditlərə isə tələbin azalacağını bildirib.