Goldman Sachs Group, Fidelity International və InTouch Capital Markets bütün inkişaf etməkdə olan bazar valyutaları arasında avronun mümkün enişindən ən çox Şərqi Avropa valyutalarının təsirlənəcəyini proqnozlaşdırıblar.
"Fins.az " Ukraynadakı müharibədən zərər çəkən Şərqi Avropa valyutalarına da Avrozonada yaxınlaşan tənəzzül mənfi təsir göstərə bilər.
Bloomberg-in əldə etdiyi məlumata görə, treyderlər rubl və TL istisna olmaqla, inkişaf etməkdə olan bazarlarda Macarıstan forinti, Polşa zlotisi və Çex Korunası üçün ucuzlaşmalar gözləyirlər.
19 üzvlü Avro Bölgəsində azalan tələb qarşısında bu 3 valyuta ən kövrək valyutalar olaraq görülür.
"Biz Şərqi Avropa valyutaları üçün mənfi və ehtiyatlıyıq. Şərqi Avropa inkişaf etməkdə olan bazarlarda valyutalar baxımından ən həssas bölgədir" deyən Londondakı Fidelity İnternational-ın pul meneceri Pol Qriner, zloti və Korunanın məzənnəsinin daha da aşağı düşəcəyini proqnozlaşdırır.
Goldman Sachs strateqləri bir hesabatda Avro/Dollar uzun müddət 1-in altında qalarsa, ən böyük enişin regional valyutalarda olacağını paylaşıblar.
Ukraynada müharibə başlayan fevraldan bəri forint dollara nisbətdə 17 faiz, avroya qarşı isə 8,2 faiz ucuzlaşıb. Bu müddət ərzində zloti dollar qarşısında 12 faiz, hedcinqdə isə 9,5 faiz ucuzlaşıb.
Müəllif:Aynur Qəniyeva