BANK

05 Avqust

Sahibkarlara 65,7 milyon manat güzəştli kredit verilib

2022-ci ilin yanvar-iyul ayları ərzində sahibkarların 1589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

"Fins.az" xəbər verir ki, bu kreditlər hesabına 1607 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məlumata görə ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42,9 milyon manat vəsait ayrılıb.