BANK

05 Avqust

Taleh Kazımov: İnvestisiya alətləri çeşidinin artırılması məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq

Mərkəzi Bankda investisiya şirkətlərinin rəhbərləri ilə kapital bazarının institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, tənzimləmə və nəzarət proseslərinin təkmilləşdirilməsi mövzusunda görüşümüz oldu.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri taleh Kazımov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, İnvestisiya fondlarının təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, burada stimullaşdırıcı vergi mühiti, investisiya alətləri çeşidinin artırılması məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq.

Müəllif: Aynur Qəniyeva