Hindistan Mərkəzi Bankı siyasət faizini 50 baza bəndi artıraraq 5,40 faizə qaldıraraq gözləntilərin üstündən bir şahin addımı atıb.
"Fins.az" xəbər verir ki, Hindistanın Mərkəzi Bankı yüksək inflyasiya ilə mübarizə aparmaq üçün gözləntiləri üstələyən faiz artımına imza atıb.
Bank siyasət faizini 50 baza bəndi artıraraq 5,40 faizə çatdırıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsini 5,25 faizə yüksəltmək idi.
Son faiz artımı ilə Hindistan Ehtiyat Bankı may ayından etibarən 1,40 bənd sərtləşdirmə qərarı verib.