Bu ilin yanvar-iyun aylarında Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) vasitəsi ilə 84,6 milyon kart әmәliyyatı aparılıb.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Rəqəmsal Ödənişlər İcmalı”nda məlumat verilir.
Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 4,1 milyard manat, xarici valyutada isә 14,7 milyon dollar və 4,7 milyon avro təşkil edib.