BANK

02 Avqust

Ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 40.4%-ә YÜKSƏLİB

Ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 12.2% bәndi yüksәlәrәk 40.4%-ә bәrabәr olub. 

"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı “Rəqəmsal Ödənişlər İcmalı”nda məlumat verilir.

Məlumata görə,ölkәdә ödәniş kartları ilә aparılan nağdsız ödәnişlәrin böyük hissәsi elektron ticarәt әmәliyyatlarının payına düşüb.

2022-ci ilin 6 ayı әrzindә ölkәdaxili elektron ticarәt әmәliyyatlarının sayı ötәn ilin analoji dövrü ilә müqayisәdә 2.3 dәfә artaraq 105 mln. әdәd, hәcmi isә 2.8 dәfә artaraq 7.4 mlrd. manat olub.