BANK

02 Avqust

Ödәniş kartları ilә aparılmış әmәliyyatların ümumi hәcmi 54.5% ARTIB

2022-ci ilin 6 ayı әrzindә ölkә daxilindә ödәniş kartları ilә aparılmış әmәliyyatların ümumi hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 54.5% artaraq 24.6 mlrd. manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı rəqəmsal ödənişlər icmalında məlumat verilir. 

Məlumata görə hesabat dövründə o cümlәdәn nağdsız ödәnişlәrin hәcmi 2.2 dәfә artaraq 9.9 mlrd. manat olub. 

2022-ci ilin 6 ayı әrzindә ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 12.2% bәndi yüksәlәrәk 40.4%-ә bәrabәr olub. 

Müəllif: Aynur Qəniyeva