BANK

02 Avqust

Dövlət Neft Fondunun 15789,1 milyon manat gəlir əldə edəcəyi proqnozlaşdırılır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin ilkin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 49,1 faiz çox və ya 15789,1 milyon manat nəzərdə tutulur.

"Fins.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən yayımlanan  Dövlət Büdcəsinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər-də məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri isə 11563,1 milyon manat təşkil edəcək ki, bu da cari ilin ilkin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 9,3% azdır.

Müəllif: Aynur Qəniyeva