BANK

01 Avqust

Daşıma ticarətində avro fürsəti

Avro borclanaraq inkişaf etməkdə olan ölkələrin valyutalarına edilən daşınma ticarəti ilin əvvəlindən bu yana 29%-ə qədər gəlir təmin edib.
"Fins.az" xəbər verir ki,güclənən dollar və artan ABŞ faiz dərəcələri ticarət imkanlarını məhdudlaşdırsa da, avronun zəifləməsi treyderlər üçün maraqlı seçim kimi diqqəti cəlb edir.

Bloomberg-in tərtib etdiyi məlumatlara görə, avro borclanaraq inkişaf etməkdə olan ölkələrin valyutalarına edilən daşınma ticarəti investorlarına bu il 29%-ə qədər gəlir təmin edib.

Digər tərəfdən, dollarla daşınma ticarəti bu il çox az inkişaf etməkdə olan ölkə valyutalarında məhdud gəlir təmin edib.

Ekpertlərin fikrincə, avro ilə ticarətin maliyyələşdirilməsi daha çox yayılır. MakKennaya görə, avro Avropa Birliyinin tənəzzülə uğraması ehtimalı və geosiyasi proseslərin mənfi təsiri ilə maraqlı daşıma ticarəti variantı kimi seçilir.

Müəllif: Aynur Qəniyeva