BANK

29 İyul

Avrozonada inflyasiya rekord həddə çatıb

Avrozonada inflyasiya iyulda yeni rekorda imza atıb. Bu vəziyyət Avropa Mərkəzi Bankından kəskin faiz artımı gözləntilərini gündəmə gətirib.

"Fins.az" xəbər verir ki, Avropa Statistika Agentliyinin Eurostat məlumatlarına görə, 19 üzvlü Avrozonada istehlak qiymətləri indeksi (CPI) iyulda 8,9 faiz artıb. Ötən ay indeks 8,6%-ə artıb.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 8,7% təşkil edib.

İyun ayında yavaşlayan baza inflyasiyası 4 faizlə rekord səviyyəyə qalxıb. Enerji qiymətləri inflyasiyaya səbəb olan ən böyük amil olsa da, emal olunmuş ərzaq məhsullarının qiymətləri də artıb.

Artan qiymət təzyiqləri səbəbindən Avropa Mərkəzi Bankı son 11 ildə ilk dəfə bu ay faiz dərəcələrini 50 bənd artırıb. Rekord səviyyəli inflyasiya ECB-nin faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri də gücləndirib. Fransa və İspaniyada da inflyasiya rekord səviyyədə artıb. 

Rusiyadan qaz axınının tamamilə kəsiləcəyi təqdirdə inflyasiyanın daha da sürətlənəcəyindən ehtiyatlanır.