BANK

29 İyul

Fərid Osmanov:  Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanları müzakirə edilir

Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

"Fins.az" xəbər verir ki, bunu qurumun baş direktoru Fərid Osmanov bildirib.

O bildirib ki, bu məsələ iqtisadi və siyasi məqamlar nəzərə alınmaqla, Həm Mərkəzi Bank həm də aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində bu məsələlər hazırda müzakirə olunur. Yekun qərar müəyyən olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

Müəllif:Aynur Qəniyeva